• çərşənbə axşamı, 19 mart, 10:04
  • Baku Bakı 8°C

Leyla Əliyevanın təşəbbüsü ilə Moskva Dövlət Universitetinin Botanika bağında ağacəkmə aksiyası keçirilib

26.04.17 09:20 613
Leyla Əliyevanın təşəbbüsü ilə Moskva Dövlət Universitetinin Botanika bağında ağacəkmə aksiyası keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə aprelin 25-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Botanika bağında Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aksiyada AMOR-un fəalları iştirak ediblər.
MDU-nun Botanika bağında 2013-cü ildə yaradılmış dərman bitkiləri bölməsinə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından zeytunkimilər fəsiləsindən olan və Azərbaycanda da geniş yayılmış Birgöz, Yapongülü və s. dərman kolları hədiyyə edilib.
Botanika bağının direktoru Aleksey Reteyum Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR ilə əməkdaşlıq sayəsində Azərbaycan təbiətinə aid bitkilərdən ibarət yeni landşaft yarada, Botanika bağının kolleksiyasını daha da zənginləşdirə bildiklərini söyləyib: "Bu, bizi çox sevindirir. Leyla Əliyevanın adından hədiyyə olunan bitkilər bağımızın mərkəzində əkilib. Botanika bağına gələn hər kəs Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə hədiyyə olunan bitkilərin əkildiyi sahəni seyr edə biləcək. Burada Azərbaycan, həmçinin Rusiya Azərbaycanlı Gənclər Birliyi və bu gün keçirilən aksiya barədə məlumat verən lövhə də yerləşdirmişik. MDU-nun Botanika bağının çoxəsrlik tarixi var və bu gün əkilən bitkilər də uzun illər bu bağa yaraşıq verəcək, azərbaycanlı dostlarımızdan xatirə qalacaq".
banner

Oxşar Xəbərlər