AZE | RUS | ENG |

Leyla Əliyeva və Arzu Əliyeva yeni əsərlərin təqdimatında iştirak ediblər

Leyla Əliyeva və Arzu Əliyeva yeni əsərlərin təqdimatında iştirak ediblər
Sentyabrın 30-da "Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində "Daşın nəğməsi” üçüncü Beynəlxalq Heykəltəraşlıq Simpoziumu çərçivəsində yaradılan əsərlərin təqdimatı olub.
 
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak ediblər.
 
Bu ilki simpoziumda 17 ölkədən 20 heykəltəraş iştirak edib. Azərbaycan, Belçika, İtaliya, Türkiyə, Hindistan, Ukrayna, İspaniya, Misir, Meksika, Rumıniya, İran, Norveç, Yunanıstan, Sloveniya, Argentina, Suriya və Gürcüstandan olan sənətkarlar əsərlərini Nəsimi yaradıcılığına həsr ediblər. Heykəltəraşlar əsərlərini aqlay daşından Qala qəsəbəsində açıq səma altında yaradıblar.
 
Sonra qonaqlar "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VII Beynəlxalq "Tullantıdan sənətə” sərgisinə baxıblar.
Heydər Əliyev Fondunun təşəbbüsü, "Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə təşkil edilən sərgidə 12 ölkədən - Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rumıniya, Bəhreyn, Oman, İran, Latviya, Bosniya və Herseqovinadan olan 27 incəsənət nümayəndəsinin əsərləri nümayiş edilib. Məişət tullantılarından istifadə olunaraq hazırlanan sənət nümunələri maraqla qarşılanıb.
 
Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

Sərgi çərçivəsində Paraqvayın məşhur "Recycling” orkestri konsert proqramı təqdim edib. Uşaq və yeniyetmələrdən ibarət bu orkestrin unikal cəhəti onun tullantılardan təkrar emal olunmuş musiqi alətlərindən istifadə etməsidir. Orkestrin rəngarəng çıxışı iştirakçılarının böyük marağına səbəb olub.
Sonra Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında "Açılan divar” ictimai incəsənət layihəsi təqdim olunub.
 
Layihə səkkiz yerli və xarici "urban art” (şəhər mühitində incəsənət) rəssamın iştirakı ilə reallaşıb.
Sərginin ekspozisiyasında Azərbaycan, Braziliya, Belçika, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların binanın divarları üzərində yaratdığı sənət əsərləri nümayiş edilib.
 
Qeyd edək ki, Bakının Qala qəsəbəsində təşkil olunan bu silsilə tədbirlər Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində reallaşıb.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9254
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1261
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7124
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.3170