AZE | RUS | ENG |

Leyla Əliyeva və Arzu Əliyeva Nəsimi Festivalı çərçivəsində “Bahariyyə” musiqi layihəsinin təqdimatında iştirak ediblər - Fotolar

Leyla Əliyeva və Arzu Əliyeva Nəsimi Festivalı çərçivəsində “Bahariyyə” musiqi layihəsinin təqdimatında iştirak ediblər - Fotolar
Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Daş Salnamə Muzeyində "Bahariyyə” adlı musiqi layihəsinin təqdimatı keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak ediblər.

Nəsimi dühasından ilhamlanaraq hazırlanmış "Bahariyyə” adlı konsertdə muğam və elektron musiqiləri təqdim olunub. Tanınmış xanəndə, Əməkdar artist Teyyub Aslanovu tarda Əliağa Sədiyev, kamançada Elnur Mikayılov, zurna və balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət ediblər. Fərhad Fərzəliyevin təqdimatında elektron musiqi konsertə toplaşanlar tərəfindən maraqla qarşılanıb. Nəsiminin poetik dünyası muğam sənətinin və elektron musiqinin dili ilə sənətsevərlərə mükəmməl şəkildə çatdırılıb. Bəşəri sevgi və mənəvi oyanış mövzularında dinlənilən nəğmələr gecəyə xüsusi rəng qatıb.

Tədbirdən əvvəl, həmçinin dünya şöhrətli amerikalı iqtisadçı Ceremi Rifkinin "Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı” adlı videomühazirəsi dinlənilib. Sonra iştirakçıların sual-cavab sessiyası təşkil olunub.

Qeyd edək ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Sentyabrın 30-dək davam edəcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən "Simadan – asimana” və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub.
 








Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9230
GEL 1 1 Gürcüstan larisi 0.6378
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1390
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.7036
KWD 1 1 Küveyt dinarı 5.5847
TRY 1 1 Türkiyə lirəsi 0.3162