AZE | RUS | ENG |

Leyla Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində uşaqlar üçün keçirilən bayram tədbirində iştirak edib

Leyla Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində uşaqlar üçün keçirilən bayram tədbirində iştirak edib
İyunun 3-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Gözəl bir gün” adlı bayram tədbiri keçirilib.
Trend-in məlumatına görə, tədbir Yaradıcılıq Mərkəzi tərəfindən "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) iştirakı ilə təşkil edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova tədbir haqqında məlumat verib. O bildirib ki, bayram tədbiri Xalq yazıçısı, görkəmli kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun eyni adlı hekayəsi ilə adlandırılıb. Uşaqlar bizim gələcəyimizdir. Onların bayramı hər kəsin bayramıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə çıxış edərək deyib ki, uşaq siyasəti Azərbaycanın dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir. Ölkəmizdə uşaqların müxtəlif sahələrdə problemlərinin həlli ilə bağlı mühüm sənədlər qəbul olunub. Bu gün Azərbaycanda uşaqların inkişafı üçün bütün imkanlar yaradılıb. Böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşaması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir.
Yaradıcılıq mərkəzinə AQUPDK tərəfindən diplom təqdim olunub.
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov bildirib ki, uşaqların gələcəyi dövlətin əsas prioritetindən biridir. Ölkə rəhbərliyi bu məsələyə həssaslıqla yanaşır. Dövlət siyasətinin əsas istiqamətlərindən biri uşaqların təhsilinin, sağlamlığının, asudə vaxtının səmərəli keçirilməsinin təmin edilməsidir.
YARADAN Yaradıcılıq Birliyinin rəhbərləri Nigar Rzayeva və Vüsalə Rzayeva uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar. Onlar ölkəmizdə uşaqların təlim-tərbiyəsi və sağlam böyümələri istiqamətində görülən işlərdən danışıblar.
Tədbirdə "İstedArt” və "Yaradan uşaqlar” layihələrindən qırxdan çox uşaq iştirak edib.
Sonra uşaqlar istedadlı gənc rəssamlar, musiqiçilər, fotoqraflar və xoreoqrafların təşkil etdikləri ustad dərslərində, əyləncəli oyunlarda, musiqili yarışmalarda iştirak ediblər.
Uşaqlara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr paylanılıb.
Qeyd edək ki, "Yaradan uşaqlar” YARADAN Yaradıcılıq Birliyinin 12 yaşdan 16 yaşa qədər, əlilliyi olan uşaqlar da daxil olmaqla, aztəminatlı ailələr, internatlar və sığınacaqlardakı uşaqların bacarıqlarının aşkar edilməsi, inkişafı və həyata keçirilməsi üçün şəraitin yaradılmasına yönəlmiş layihədir.
"İstedArt” isə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən inkişaf xüsusiyyətləri olan uşaqların və valideynləri olmayan uşaqların bacarıqlarının, yaradıcı tərəflərinin kəşf edilməsi məqsədilə həyata keçirilən layihədir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8739
GEL 1 1 Gürcüstan larisi 0.5724
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1224
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1753
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2962