• şənbə, 20 Aprel, 14:40
  • Baku Bakı 23°C

Leyla Əliyeva: “Jara” festivalı çox parlaq təəssürat yaratdı

28.07.18 12:30 712
Leyla Əliyeva: “Jara” festivalı çox parlaq təəssürat yaratdı
"Jara-2018" Beynəlxalq Musiqi Festivalının ikinci günü çox parlaq təəssürat yaratdı. Trend-in məlumatına görə, bu barədə festivalın fəxri qonaqlarından olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva jurnalistlərə bildirib.
Leyla Əliyeva qeyd edib ki, təəssüratlar çox parlaq və rəngarəngdir: "Ən əsası, hamı xoşbəxtdir və sevinir. Ətrafda gözəl insanlar var və təbii ki, bu böyük xoşbəxtlikdir ki, hamı bizim Bakımıza aşiq olub".
Festivalın ikinci günü Leonid Aqutin, Vladimir Presnyakov və Valeriyanın yubiley gecələri ilə yadda qalıb. Həmin gün, həmçinin Emin, Polad Bülbüloğlu, Zivert, Artik&Asti, Nastya Zadorojnaya, Aleksey Çumakov, Ani Lorak, Anna Sedokova, Anya Şulgina, Gluk'oZa, Qriqori Leps, Jasmin, İrina Dubtsova, Kristina Orbakayte, Natali, Natalya Podolskaya, Nikolay Baskov, Slava, Stas Pyexa, Filip Kirkorov, Lyubov Uspenskaya, Anjelika Varum, Sofiya, Yulianna Karaulova, Yuliya Kovalçuk, Mastank, Darya Antonyuk, Güzel Həsənova, DJ Shock, Samir Bağırov, Elman, A Studio, "The Jigits" qrupu çıxış ediblər. Aparıcılar - Yana Koşkina, Yana Çurikova və Nikolay Baskovdur.
Üçüncü "Jara" festivalı 26-29 iyul tarixlərində Bakıda "Sea Breeze"-də keçirilir. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ, Qazaxıstan və Moldovadan estrada ulduzları iştirak edirlər. Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.
banner

Oxşar Xəbərlər