• çərşənbə, 24 Aprel, 10:20
  • Baku Bakı 13°C

Leyla Babayeva yaradıcılığında yenilik edəcək

28.01.14 12:38 1653
Leyla Babayeva yaradıcılığında yenilik edəcək
Müğənni Leyla Babayeva yaradıcılığında bir çox yeniliklər etməyi planlaşdırır. Bu haqda “Kaspi”yə məlumat verən sənətçi bildirdi ki, bunun üçün artıq ilk addımlar atılıb: “Mən sənətə gələn gündən bu yolda qarşıma əsaslı bir məqsəd qoymuşam. O da insanların az da olsa könlünü və zövqünü oxşayan musiqilər ifa etməkdir. Bu yolda da ilk addımlar atılıb. Prodüser Rauf Sahiboğlu ilə iş birliyinə başlamışıq. Artıq yeni işlər üzərində çalışırıq, bir çox yeni mahnılarım olacaq. Amma tam hazır deyil deyə, hələ ki tam açıqlama vermək istəmirəm. Zamanla bir-bir təqdim etdikcə görəcəksiz. Klip də nəzərdə tutulub. Ümid edirəm ki, dinləyicilərim bəyənəcəklər. Şou biznesdə deyil, xalqımızın yaddaşında və xatirində öz sənətimlə qalmaq istəyirəm. Ancaq qalmaqalsız. Çünki, qalmaqal nə mənə lazımdır, nə də ki xalqımıza. Mənim üçün öndə olan sənətimlə də irəli getməyə çalışacam. Təbii ki, Allahın köməkliyi ilə”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər