• cümə axşamı, 28 mart, 23:21
  • Baku Bakı 13°C

Levon Ter-Petrosyanın partiyası növbədənkənar parlament seçkilərinə qatılacaq

10.04.21 15:15 1481
Levon Ter-Petrosyanın partiyası növbədənkənar parlament seçkilərinə qatılacaq
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi (EMK) növbədənkənar parlament seçkilərində iştirak edəcək.
APA-nın "Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, EMK-nin yaydığı bəyanatda mayın 1-də partiyanın qurultayının çağırıldığı bildirilib.
"Erməni Milli Konqresinin qurultayında növbədənkənar parlament seçkilərində iştirak edib-etməməklə bağlı yekun qərar veriləcək. Əgər fors-major hal baş verməsə, Ter-Petrosyanın partiyası seçkilərdə böyük ehtimalla ayrı iştirak edəcək”, - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, martın 18-də Baş nazir Nikol Paşinyan iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb. Parlamentdə seçki məcəlləsinə düzəliş layihəsi artıq təsdiq edilib. Layihəyə görə, parlament seçkiləri ancaq proporsional seçki sistemi əsasında keçiriləcək.
banner

Oxşar Xəbərlər