• cümə, 29 Mart, 15:52
  • Baku Bakı 14°C

Levandovski Hitlerin bacısının nəvəsidir?

08.06.20 13:30 809
Levandovski Hitlerin bacısının nəvəsidir?
Adətən, futbolçular haqda həqiqətə uyğun olmayan məlumatlar tez-tez yayılır.
Amma bu məlumatların əksəriyyəti transfer məsələləri ilə bağlı olur. Kaspi.az xəbər verir ki, "Bavariya”nın hücumçusu Robert Levandovskinin haqqında yayılan məlumat isə bir qədər fərqlidir.
Sosial şəbəkələrdə yayılan məlumatda bildirilir ki, polşalı futbolçu Hitlerin kiçik bacısının nəvəsidir. Bu məlumat diqqəti o qədər cəlb edib ki, sosial şəbəkələrdə sürətlə yayılıb.
Vəziyyət ciddiləşdiyi üçün Levandovskinin şəcərəsi haqda məlumat yayılıb və bildirilib ki, onun valideynləri polyakdır. Hitlerin kiçik bacısı Paul isə 1960-cı ildə ölüb və övladı olmayıb.
banner

Oxşar Xəbərlər