• cümə, 29 Mart, 01:21
  • Baku Bakı 7°C

Lətifə: “Hər kəsin qəlbinə toxuna biləcək...“

29.08.13 14:26 2460
Lətifə: “Hər kəsin qəlbinə toxuna biləcək...“
Milli.Az xəbər verir ki, vokal səsli müğənni Lətifə Soyuöz yeni layihə üzərində çalışır.
O, yeni mövsümdən yaradıcılığında yeniliklər etməkdə qərarlıdır: “Sözləri İlham Abdullayev musiqisi Naibə Şirməmmədova aranjmanı Yaşar Baxışa məxsus yeni mahnı yazdırmışam. Gələn ay dinləyicilərə təqdim etməyi düşünürəm.
Mahnının uğurlu olacağına əminəm. Musiqisi və sözləri ayrı-ayrılıqda bir gözəllikdir. Hər kəsin qəlbinə toxuna biləcək bir əsərdir”.
Lətifə onu da qeyd edir ki, sentyabr ayında yeni mahnısına klip çəkdirəcək: “Köhnə komandamla çalışmağı planlaşdırmışam. Klip mütləq olmalıdır. Allah nəsib etsin növbəti layihəmi ərsəyə gətirim”.
Onu da xatırladaq ki, Lətifə Türkiyənin “Manga” qrupu ilə birgə layihə hazırlayır. İfaçı bu haqda kifayət qədər danışsa da, layihə hələ başlamayıb:
“Əsas məsələ həll olunub. Layihənin detalları da bəllidir. Ancaq yeganə məsələ hələ ki vaxtdır. “Manga” qrupu hazırda qastrol səfərlərindədir.
Onların çıxışları bitən kimi bizim layihə başlayacaq. Bu, təxminən oktyabr ayına təsadüf edəcək”.
banner

Oxşar Xəbərlər