Lerikdə qəza - ölən və yaralananlar var

Lerikdə qəza - ölən və yaralananlar var

Kriminal
13 Sentyabr 2019, 21:43 265
Lerik şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 12-də saat 16 radələrində Lerik şəhərinin ərazisində Gürdəsər kənd sakini Ş.Xosrofov idarə etdiyi "QAZel” markalı avtomobili yolun kənarındakı divara vurub.
Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Şirvan Məmmədov orada ölüb.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.