• cümə, 29 Mart, 05:59
  • Baku Bakı 7°C

Leonel Messidən növbəti rekord

08.04.18 18:30 1057
Leonel Messidən növbəti rekord
İspaniya futbol çempionatının 31-ci turunda "Barselona"nın argentinalı hücumçusu Leonel Messi "Leganes"in qapısına üç qol vurub.
AZƏRTACxəbər verir ki, bu, Messinin "katalonyalılar”ın heyətində 40-cı, karyerasında isə 45-ci het-trikidir.
Argentinalı bundan əvvəl 29 dəfə İspaniya çempionatında, 7 dəfə UEFA Çempionlar Liqasında, 3 dəfə "Kral” kubokunda və İspaniya super kubokunda het-triklə yadda qalıb. Leonel Messi bu sezon 30 matçda 29 qol vurub.
"Barselona" "Atletiko"nu 12 xalla qabaqlayır. Diego Simeonenin komandasının ehtiyatında bir oyunu var.

banner

Oxşar Xəbərlər