• cümə, 29 Mart, 17:56
  • Baku Bakı 14°C

Lənkəranda qətl hadisəsi baş verib

13.09.20 14:23 1381
Lənkəranda qətl hadisəsi baş verib
Lənkəran rayonunun Liman şəhərinin Balıqçılar qəsəbəsində qətl hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayon sakini, bir müddət əvvəl azadlığa buraxılmış keçmiş məhkum, 1983-cü il təvəllüdlü Mais Abıyev həyat yoldaşı, 1981-ci il təvəllüdlü Günay Abıyevanı yaşadıqları evdə odlu silahla qətlə yetirib.
Qətlə yetirilən Günay Abıyeva əslən Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindəndir. O, ailə qurduqdan sonra Lənkəranın Liman şəhərinin Balıqçılar qəsəbəsinə köçüb. Ailənin iki övladı var.
Faktla bağlı cinayət işi açılıb, rayon prokurorluğunda araşdırmalar aparılır.
banner

Oxşar Xəbərlər