AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Lənkəranda polis koronavirusa qarşı mübarizə tədbirlərini davam etdirir

Lənkəranda polis koronavirusa qarşı mübarizə tədbirlərini davam etdirir

Kriminal
15 Oktyabr 2020, 11:21 302
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib.
 
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, reyd zamanı rayondaxili marşrutlarda sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb. Sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb. Edilən xəbərdarlıqlara rəğmən bəzi sürücülərin də tibbi maskadan istifadə etmədiyi, nəqliyyat vasitəsinə normadan xeyli sayda artıq sərnişin götürdüyü müəyyən edilib. Bu halların infeksiyanın yayılması riskini artırdığı onlara izah edilib və həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.
 
Reyd zamanı, həmçinin taksi fəaliyyəti ilə məşğul olan şəxslərin də gigiyenik vasitələrdən istifadə etməsi yoxlanılıb və karantin qaydalarını pozanlar barəsində inzibati protokollar tərtib edilib.