• cümə, 29 Mart, 02:32
  • Baku Bakı 7°C

Lənkəranda 3 yaşlı qızın əli ətçəkən maşında qalıb

10.01.14 14:05 1528
Lənkəranda 3 yaşlı qızın əli ətçəkən maşında qalıb
APA-nın cənub bürosunun görə, hadisə bu gün saat 12.30 radələrində rayonun Ürgə kəndində qeydə alınıb. Kənd sakini, 3 yaşlı Zeynəb Əlizadə qızı Həsənovanın əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalıb və o, dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri xəstəxanada təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək uşağın əlini detalın içərisindən çıxarıblar. Diqqətsizlik səbəbindən baş vermiş hadisə nəticəsində uşağın barmaqları ciddi xəsarətlər alıb və vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Fövqəladə Hallar Nazirliyi də bununla bağlı məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Cənub Regional Mərkəzindən Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunda azyaşlı uşağın əli elektrik ətçəkən maşının içində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə uşağın əlini ətçəkən maşının içindən çıxarıblar. Azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:20 də başa çatıb.
banner

Oxşar Xəbərlər