Lənkərana gələn “moskvalı gəlin”in macəraları
Uzun
müddət idi ki, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı ilə əməkdaşlıq
edirdim və orada baş verən hadisələrdən, yaradıcılıq prosesindən qiyabi də olsa
xəbərdar idim. Teatrın səsi-sədası qonşu ölkələrdən eşidilir, uğurları haqqında
tez-tez xəbərlərə rast gəlirdik. Ancaq nə qədər paytaxtda oturub bölgə teatrı
ilə əlaqələr saxlamağa çalışsaq da, yerində gözünlə görmək tamam başqadır. "100
eşitməkdənsə, bir görmək daha yaxşıdır” prinsipini əsas götürərək Lənkəran
teatrında mövsümün sonuncu tamaşası olan "Ay Lolu və ya moskvalı gəlin”
tamaşasını izləməyə getdik. Tamaşa haqda danışmamışdan əvvəl deyim ki, lənkəranlılar
çox istiqanlı, mehriban və qonaqpərvərdirlər.
Lənkəranda
yaşayıb-yaradan yazıçı-publisist Hafiz Mirzəyə məxsus bu tamaşada hadisələr
keçmiş sovetlər dövründə cərəyan edir. Moskvada ordu sıralarında xidmət edən
Güləli Vətənə qayıdarkən özü ilə Nataşa adlı bir qızı da gətirir. Anasının rus
gəlinini qəbul etmədiyini gördükdə isə, Güləli Nataşanı etnoqraf tələbə kimi qələmə
verir, valideynlərini ələ almağa nail olur. Bu halda hamı etnoqraf qonağa hörmət
edərək, onun bir neçə ay qalıb xalqımızın etnoqrafiyasını içdən öyrənməsinə şərait
yaradır. Amma sonradan bunun hiylə olduğunu başa düşən Güləlinin anası Gültamam
arvad Nataşaya qəsdən elə bir həyat tərzi göstərir ki, o, buralardan baş
götürüb geri qayıtmalı olur. Nataşa guya etnoqrafiyanı canlı şəkildə öyrənir
deyə, çox məşəqqətlərə, çətinliklərə dözür, yerli adət-ənənələrə uyğun həyat tərzi
keçirməyə çalışır. Gültamam arvad hətta cindar Mircəfərin köməyindən də
yararlanmaq istəyir. Bu zaman o, cindarın qarşısında bir vaxtlar Dərviş Məstəli
şah Parisi dağıtdığı kimi, Moskvanın dağıdılması tapşırığını qoyur.
Bəli, bu
molla, cindar, dərviş məsələləri bu gün də aktualdır. Elə bilirsiniz, molla məsələsi,
rus gəlini təkcə SSRİ dövründə aktual olub? Xeyr, bu məsələ elə indi də gündəmdədir.
Nədənsə bizim ailələrdə analar, ələlxüsus da, əcnəbi gəlinləri qəbul etmək istəmirlər.
Adətən analar oğlanlarına öz istədikləri, daha açıq desək, öz bacısı və ya
qardaşı qızlarını almaq istəyirlər. Çox zaman da istəklərinə nail olurlar. Bu
gün bu üsulla qurulan ailələr azdırmı? Nəticədə, irsi xəstəliklər və qohum evliliklərindən
xəstə uşaqların doğulması halları günü-gündən artmaqdadır. Əslində, bu, başqa yazının
mövzusudur...
Bəhs etdiyimiz tamaşada Gültamam rolunu teatrın tanınan aktrisası Qızılgül Quliyeva canlandırırdı. Öz rolunun öhdəsindən məharətlə gələn aktrisa əsl Azərbaycan tipajlı ana obrazı ilə çıxış edirdi. Tamaşa zamanı rejissor onu o qədər danışdırmışdı ki, tamaşa boyu bu obraz ancaq səhnədə özünü ifadə etməklə məşğul idi, öz daxili aləmini büruzə verməyə çalışırdı. Səhnədə bir aktrisanın bu qədər danışdırılması, sözünün çox olması sözün əsl mənasında həm aktrisanı yorur, həm də tamaşaçının bir qədər diqqətini yayındırır. Bütün səhnələrdə Gültamam obrazını dolğunluqla tamaşaçıya çatdıran aktrisanın tər içində səhnənin o baş, bu başına qaçdığını görürük. Sanki bu obraz məhz Qızılgül xanımın düz əyninə biçilmişdi. Bu, onun ən yaxşı rollarından biridir desək, yəqin ki, yanılmarıq.
Evin yeganə oğlu olan Güləli obrazı isə mənim ən çox sevdiyim obrazlardan oldu. Şirin ləhcəsi və oyun tərzi ilə tamaşaçılar arasında böyük rəğbət qazanan aktyor Gültamam ananın gözünün ağı-qarasıdır. Əslində, ananın bir neçə qızı olsa da, o bütün ümidini oğluna bağlayır. Bu gün cəmiyyətimizdə qadınların oğlan dünyaya gətirmək məqsədi yenə də aktualdır. Bəzi ailələrdə qız övladını övlad payı hesab etmirlər. Demək olar ki, hər gün mətbuatda bu tip xəbərlərlə rastlaşırıq. Gündəlik problemlərin də cəm olunduğu tamaşada izləyicilərə sətiraltı mesajlar ötürülür. Təbii ki, o da anlayana. Gültamam ana qədər tamaşada mühüm əhəmiyyət kəsb edən Gülağa obrazının mahir ifaçısı Sücəddin Mirzəyevin isə həyata baxışı bir qədər fərqlidir. Onun başqa dünyası var. Oğlunun rus qızı ilə evlənməsinin tərəfdarı olan ata obrazının öhdəsindən peşəkarcasına gələn Sücəddin müəllim öz işinin ustasıdır.
Gəldik çıxdıq rus qızımıza - Nataşa xanıma. Teatrın istedadlı aktrisası Şəbnəm Hüseynovanın canlandırdığı bu obrazda tamaşaçılar azərbaycanlı gəlini olmaq istəyən, yarıazəri, yarırusca danışan bir xanım gördülər. O bütün əziyyətlərə qatlaşmağa razı idi, təki sevdiyi şəxs olan Güləli ilə ailə həyatı qursun. Səhnənin yaraşığına çevrilən Nataşanın danışığında bir qədər problemlər olsa da, tamaşaçı onu çox aydın başa düşürdü. Sahə müvəkkili rolunu canlandıran Allahverən Babayev də həyatda bəxti gətirməyən atalardandır. Qısa rolu ilə əsl kənd qızı obrazının öhdəsindən məharətlə gələn Ülkər Quliyevaya da alqış düşür.
Səhnədə
sərgilənən dekor gözoxşayan və diqqətçəkən idi. Siz o dekorasiyaya baxan kimi,
biləcəksiniz ki, hadisələr harada və hansı həyətdə baş verir. Bunun üçün
tamaşanın quruluşçu rəssamı Məzaim Qurbanova "afərin” demək lazımdır. Onu deyəcəkdim
axı, cənub bölgəsinə məxsus olan "Ay Lolu” mahnısı ilə tamaşa başladı və öz
axarı ilə, ritmik mahnılarla davam etdi. Qələm Fərəcov tamaşanın tərtibatına
tamamən uyğun olan musiqi seçmişdi.
Bir sözlə, aktiv fəaliyyəti və uğurlu layihələri ilə hər zaman ön sıralarda olan Lənkəran Teatrından xoş xatirələrlə ayrıldım. Yaradıcı kollektivə yeni-yeni uğurlar arzulayırıq!
Xəyalə Rəis
Teatrşünas
İyulun
15-də qonağı olduğumuz teatrda təntənəli şəkildə 126-cı mövsümün bağlanış mərasimi keçirildi. Rəsmi hissədən sonra
nümayiş olunan "Ay lolu və ya moskvalı gəlin” tamaşası səviyyəsinə görə heç də
paytaxtda göstərilən tamaşalardan geri qalmırdı. Belə ki, aktyor oyunu, səhnə tərtibatı,
musiqi seçimi - hamısı birlikdə həmahənglik təşkil edir, zövq oxşayırdı.
Bu gəlin
kimdir?
Hadisələrin
sonunda Gültamam və Gülağa rus qızı Nataşanı oğlanları Güləli üçün almağa və
onu gəlin kimi qəbul etməyə razılaşsalar da, Nataşa artıq axşam qatarı ilə
qaçıb Moskvaya qayıdır. Bu isə 1991-ci ildə Moskvada dövlət çevrilişi -
"QKÇP" ilə eyni günə təsadüf edir. Gültamam və Gülağa bu hadisələrin
cindar Məmmədcəfərin yazdığı duanın təsirindən baş verdiyini, Nataşanın da məhz
buna görə baş götürüb qaçdığını düşünürlər.
Tamaşadan
çıxan mesajlar
Bəhs etdiyimiz tamaşada Gültamam rolunu teatrın tanınan aktrisası Qızılgül Quliyeva canlandırırdı. Öz rolunun öhdəsindən məharətlə gələn aktrisa əsl Azərbaycan tipajlı ana obrazı ilə çıxış edirdi. Tamaşa zamanı rejissor onu o qədər danışdırmışdı ki, tamaşa boyu bu obraz ancaq səhnədə özünü ifadə etməklə məşğul idi, öz daxili aləmini büruzə verməyə çalışırdı. Səhnədə bir aktrisanın bu qədər danışdırılması, sözünün çox olması sözün əsl mənasında həm aktrisanı yorur, həm də tamaşaçının bir qədər diqqətini yayındırır. Bütün səhnələrdə Gültamam obrazını dolğunluqla tamaşaçıya çatdıran aktrisanın tər içində səhnənin o baş, bu başına qaçdığını görürük. Sanki bu obraz məhz Qızılgül xanımın düz əyninə biçilmişdi. Bu, onun ən yaxşı rollarından biridir desək, yəqin ki, yanılmarıq.
Evin yeganə oğlu olan Güləli obrazı isə mənim ən çox sevdiyim obrazlardan oldu. Şirin ləhcəsi və oyun tərzi ilə tamaşaçılar arasında böyük rəğbət qazanan aktyor Gültamam ananın gözünün ağı-qarasıdır. Əslində, ananın bir neçə qızı olsa da, o bütün ümidini oğluna bağlayır. Bu gün cəmiyyətimizdə qadınların oğlan dünyaya gətirmək məqsədi yenə də aktualdır. Bəzi ailələrdə qız övladını övlad payı hesab etmirlər. Demək olar ki, hər gün mətbuatda bu tip xəbərlərlə rastlaşırıq. Gündəlik problemlərin də cəm olunduğu tamaşada izləyicilərə sətiraltı mesajlar ötürülür. Təbii ki, o da anlayana. Gültamam ana qədər tamaşada mühüm əhəmiyyət kəsb edən Gülağa obrazının mahir ifaçısı Sücəddin Mirzəyevin isə həyata baxışı bir qədər fərqlidir. Onun başqa dünyası var. Oğlunun rus qızı ilə evlənməsinin tərəfdarı olan ata obrazının öhdəsindən peşəkarcasına gələn Sücəddin müəllim öz işinin ustasıdır.
Gəldik çıxdıq rus qızımıza - Nataşa xanıma. Teatrın istedadlı aktrisası Şəbnəm Hüseynovanın canlandırdığı bu obrazda tamaşaçılar azərbaycanlı gəlini olmaq istəyən, yarıazəri, yarırusca danışan bir xanım gördülər. O bütün əziyyətlərə qatlaşmağa razı idi, təki sevdiyi şəxs olan Güləli ilə ailə həyatı qursun. Səhnənin yaraşığına çevrilən Nataşanın danışığında bir qədər problemlər olsa da, tamaşaçı onu çox aydın başa düşürdü. Sahə müvəkkili rolunu canlandıran Allahverən Babayev də həyatda bəxti gətirməyən atalardandır. Qısa rolu ilə əsl kənd qızı obrazının öhdəsindən məharətlə gələn Ülkər Quliyevaya da alqış düşür.
Ümumiyyətlə,
tamaşa öz baxımlılığı və axıcılığı ilə diqqətçəkən idi. Mədəni istirahət ocağı
hesab edilən Lənkəran Teatrında bizə bu ləzzəti yaşatdıqları üçün tamaşanın
quruluşçu rejissoru, respublikanın əməkdar artisti Adil Zeynalova və Əlibala
Əsgərova təşəkkür edirik.
Maraqlı
səhnə tərtibatı...
Bir sözlə, aktiv fəaliyyəti və uğurlu layihələri ilə hər zaman ön sıralarda olan Lənkəran Teatrından xoş xatirələrlə ayrıldım. Yaradıcı kollektivə yeni-yeni uğurlar arzulayırıq!
Xəyalə Rəis
Teatrşünas