• cümə, 19 Aprel, 03:38
  • Baku Bakı 18°C

Lənkəran, Lerik və Astara rayonlarında modul tipli 16 məktəb quraşdırılacaq

21.03.18 15:41 610
Lənkəran, Lerik və Astara rayonlarında modul tipli 16 məktəb quraşdırılacaq
Azərbaycan prezidenti İlham Əlyiev "Lənkəran, Lerik və Astara rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda qeyd edilib ki, Lənkəran, Lerik və Astara rayonlarında cəmi 860 şagird yerlik modul tipli 16 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə göstərilmiş məbləğin 4 milyon 942 min manatı Azərbaycan RespublikasınınTəhsil Nazirliyinə ayrılsın.

Nazirlər Kabinetibu sərəncamdan irəli gələn məsələləri həll etmək,Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər