• çərşənbə axşamı, 16 aprel, 23:16
  • Baku Bakı 18°C

Lənkəran, Gəncə və Qazaxda treninqlər keçirilib

17.04.14 14:02 1117
Lənkəran, Gəncə və Qazaxda treninqlər keçirilib
Bakı Biznes Tədris Mərkəzinin (BBTM) Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran rayonunun Kərgəlan kəndində fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Biznes ideyanı yarat”, “Öz biznesinə başla”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
Eyni zamanda Gəncə və Qazaxda sahibkarlar və əlil qadınlar üçün “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninqlər təşkil edilib. İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, sözügedən tədbirlərdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik və sair barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Treninqlərdə həmçinin, İSN tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” barədə də məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Bundan başqa, treninqlər çərçivəsində “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda təqdimat keçirilib, iştirakçılara BBTM tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər