• şənbə, 20 Aprel, 15:16
  • Baku Bakı 23°C

Lebedev: “Azərbaycan MDB İqtisadi Şurasının fəal üzvüdür”

16.03.20 13:51 2499
Lebedev: “Azərbaycan MDB İqtisadi Şurasının fəal üzvüdür”
MDB-nin İcraiyyə Komitəsinin sədri – icraçı katibiSergey Lebedevin "Report”un Rusiya bürosuna eksklüziv müsahibəsi:
- Moskvada keçirilən MDB-yə üzv dövlətlərin Beynəlxalq İqtisadi Forumu və onun Birlik ölkələri üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Martın 13-də Moskvada "MDB + dünya” devizi altında MDB-nin ənənəvi yaz iqtisadi forumu keçirildi. Onu təzə-təzə keçirməyə başlayanda bu qədər geniş dəstək qazanacağını və illik olacağını düşünmürdük, amma forum ildən-ilə daha çox iştirakçı toplayır.Nəyə görə? Çünki biz bu iqtisadi forumu eyni vaxtda Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının illik toplantısına bağlayırıq.
- Azərbaycan Forumda və İqtisadi Şuranın iclasında nə dərəcədə fəal iştirak edir?
- Qeyd etmək istərdim ki, Azərbaycan MDB İqtisadi Şurasının fəal üzvüdür. Azərbaycan baş nazirin birinci müaviniYaqub Eyyubovun simasında Şuranın işində fəal iştirak edir, o, həmişə iclaslarda iştirak edir. Azərbaycanın bir qayda olaraq iqtisadi əməkdaşlıqla bağlı sənədlərin çoxunu imzalaması da məni məmnun edir.Azərbaycan nümayəndələri həm İqtisadi Şuranın, həm də ekspert qruplarının iclaslarında iştirak edirlər. Azərbaycanın humanitar sahədə fəal əməkdaşlığını da qeyd etmək istərdim. Bakıda çoxsaylı humanitar tədbirlərin keçirilməsi buna sübutdur. Azərbaycan nümayəndələri humanitar və gənclər sahəsində bir sıra sahə şuralarına rəhbərlik edirlər.Uzun müddətdir Dövlətlərarası Humanitar Fondunun sədri olanPolad Bülbüloğlukimi Azərbaycanın layiqli nümayəndəsinin adını çəkməyə bilmərəm. Onunla daim əlaqə saxlayırıq və o, MDB məkanında mədəni və humanitar əməkdaşlığın güclənməsinə böyük dəstək verir.Foruma gəlincə, o, Birlik ölkələrindən çox sayda nümayəndə topladı. Energetika və nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi üzrə bir çox mövzu müzakirə edildi. Forumda Azərbaycanın da iştirakçısı olduğu Şimal-Cənub, Qərb-Şərq kimi nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi ideyasını səsləndirildi. Onlar Birlik ölkələrinin hamısına lazımdır və onların hamısına böyük fayda verəcək.Azərbaycanlı həmkarlarımızın MDB çərçivəsində inteqrasiya əməkdaşlığında iştirak etmələrini də minnətdarlıqla qeyd etmək və Azərbaycanın bu fəal iştirakının bundan sonra da davam edəcəyinə əminliyimi bildirmək istərdim.
- Bu il Azərbaycana səfər etməyi planlaşdırırsınızmı?
- Mən mütəmadi olaraq Azərbaycana səfər edirəm. Qaydam var: ildə azı bir dəfə MDB ölkələrindən birini ziyarət edirəm. Azərbaycana etdiyim səfərlərin hər biri bu və ya digər inteqrasiya prosesi ilə əlaqədardır. Sonuncu dəfə ötən ilin noyabrında MDB müdafiə nazirlərinin iclasında ölkənizdə olmuşam. Azərbaycan Prezidentinin qəbulunda da oldum.Bu il də Azərbaycan ərazisində bəzi forum və görüşlərin keçirilməsi planlaşdırılır və mən də onlarda iştirak etməyə, azərbaycanlı dostlarımı ziyarət etməyə və xalqın qonaqpərvərliyindən zövq almağa çalışacağam.
banner

Oxşar Xəbərlər