“Öldür Beni Sevgilim” filminin qalası baş tutdu
Martın 13-də "CinemaPlus
Gənclik Mall” kinoteatrında "Öldür Beni Sevgilim” Türk romantik komediyanın
təqdimatı baş tutub. Təqdimatdan öncə keçirilən media nümayəndələri ilə görüşdə
Türkiyənin tanınmış ulduzları Murat Boz və Seda Bakan iştirak ediblər. Məşhur
Türk ulduzları qonaqlar tərəfindən çox isti qarşılanıb. Film nümayişindən öncə
Murat Boz və onun balaca pərəstişkarı səhnəyə çıxıb mahnı ifa ediblər.
Qeyd edək ki, filmin
rejissoru Şenol Sönmezdir. Rollarda isə Türkiyənin məşhur sənətkarlarından
Murat Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi
Mizrahi, Dilşad Şimşek və Ali Yoğurtçuoğlu iştirak edir.
"Öldür beni sevgilim” filmi bir-birini
öldürməyə qərar verən cütlüyün hekayəsindən bəhs edir. Okan ilə Demət 5 ildir
ki, evlidirlər, amma birlikdə keçirdikləri illərə rəğmən münasibətləri elə də
yaxşı deyil. Onların sevgisi bir nağıl kimi başlayıb, böyük həyəcanla davam
edib və xoşbəxt sonluqla - evliliklə bitmişdi. Amma müəyyən vaxtdan sonra,
evlilik həyatını maraqsız görən cütlüyün arasındakı o coşqu sönməyə başlayır.
Film martın 14-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində
nümayiş olunur.
Tədbirin təşkilində Cinema
Distribution, Gənclik Mall Ticarət Mərkəzi, ATV telekanalı, Hilton Baku, Bizon
Energy və Hillside premium çaxırları dəstək olub. Filmin Azərbaycanda yayım
hüququ Cinema Distribution şirkətinə məxsusdur. Cinema Distribution 5 illik
fəaliyyəti ərzində 300-dən artıq müxtəlif janrlı, yerli və əcnəbi filmlərin
böyük ekranlarda nümayişini təşkil edib. Ölkəmizdə rekord sayda tamaşaçı
tərəfindən izlənmiş filmlər məhz Cinema Distribution tərəfindən kinoteatrlara
təqdim olunub. Cinema Distribution "Öldür beni sevgilim” filminin istehsalçısı
BKM-in Azərbaycan və MDB ölkələri üzrə 3 ildir ki, eksklüziv tərəfdaşıdır və bu
müddətdə bir-birindən uğurlu layihələri ölkəyə gətirib.