• cümə axşamı, 28 mart, 21:24
  • Baku Bakı 13°C

“Öldür Beni Sevgilim” filminin qalası baş tutdu

14.03.19 16:40 690
“Öldür Beni Sevgilim” filminin qalası baş tutdu
Martın 13-də "CinemaPlus Gənclik Mall” kinoteatrında "Öldür Beni Sevgilim” Türk romantik komediyanın təqdimatı baş tutub. Təqdimatdan öncə keçirilən media nümayəndələri ilə görüşdə Türkiyənin tanınmış ulduzları Murat Boz və Seda Bakan iştirak ediblər. Məşhur Türk ulduzları qonaqlar tərəfindən çox isti qarşılanıb. Film nümayişindən öncə Murat Boz və onun balaca pərəstişkarı səhnəyə çıxıb mahnı ifa ediblər.
Qeyd edək ki, filmin rejissoru Şenol Sönmezdir. Rollarda isə Türkiyənin məşhur sənətkarlarından Murat Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek və Ali Yoğurtçuoğlu iştirak edir.
"Öldür beni sevgilim” filmi bir-birini öldürməyə qərar verən cütlüyün hekayəsindən bəhs edir. Okan ilə Demət 5 ildir ki, evlidirlər, amma birlikdə keçirdikləri illərə rəğmən münasibətləri elə də yaxşı deyil. Onların sevgisi bir nağıl kimi başlayıb, böyük həyəcanla davam edib və xoşbəxt sonluqla - evliliklə bitmişdi. Amma müəyyən vaxtdan sonra, evlilik həyatını maraqsız görən cütlüyün arasındakı o coşqu sönməyə başlayır. Film martın 14-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Tədbirin təşkilində Cinema Distribution, Gənclik Mall Ticarət Mərkəzi, ATV telekanalı, Hilton Baku, Bizon Energy və Hillside premium çaxırları dəstək olub. Filmin Azərbaycanda yayım hüququ Cinema Distribution şirkətinə məxsusdur. Cinema Distribution 5 illik fəaliyyəti ərzində 300-dən artıq müxtəlif janrlı, yerli və əcnəbi filmlərin böyük ekranlarda nümayişini təşkil edib. Ölkəmizdə rekord sayda tamaşaçı tərəfindən izlənmiş filmlər məhz Cinema Distribution tərəfindən kinoteatrlara təqdim olunub. Cinema Distribution "Öldür beni sevgilim” filminin istehsalçısı BKM-in Azərbaycan və MDB ölkələri üzrə 3 ildir ki, eksklüziv tərəfdaşıdır və bu müddətdə bir-birindən uğurlu layihələri ölkəyə gətirib.


banner

Oxşar Xəbərlər