• şənbə, 20 Aprel, 00:27
  • Baku Bakı 15°C

LDU-da seminar keçirilib

22.02.19 12:23 418
LDU-da seminar keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə "Əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir” mövzusunda seminar keçirilib. Universitetin böyük akt zalında keçirilən seminarı LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıq elan edib. Universitet rəsmisi ölkəmizdə sosial sferada baş verən uğurlu yeniliklər, xüsusən də tələbə gənclərin təhsil almalarının stimullaşdırılması istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətindən söz açıb. "Dövlət başçısı İlham Əliyevin bu günlərdə imzaladığı, tələbə və doktorantların sevinclə qarşıladığı ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılmasını nəzərdə tutan sərəncamları və fərmanı Azərbaycan gəncliyinə göstərilən qayğının bariz nümunəsidir. Təqaüd alacaq tələbələrin sayının 16 min nəfər artırılması, 54 təhsil müəssisəsində dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayının 54 min nəfərdən 70 min nəfərə çatdırılması çox ciddi uğurdur və ölkə başçısının düzgün yeritdiyi sosial siyasətin nəticəsidir”.
Universitetin iqtisadiyyat və innovativ idarəetmə kafedrasının müdiri, iqtisadiyyat elmləri doktoru, professor Telman İmanov "Əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir” mövzusunda məruzə edib.Məruzəçi ölkədə sosial-iqtisadi inkişafın artan templə getdiyini rəqəmlər əsasında şərh edib, ölkə başçısının son ayda verdiyi fərman və sərəncamların əhalinin maddi rifah halına müsbət təsir edəcəyini, onların həyat səviyyələrinin yüksəlişinə xidmət etdiyini vurğulayıb, sosial müavinətlərin, təqaüdlərin, minimum əmək haqqlarının, tələbə təqaüdlərinin artırılmasını yüksək dəyərləndirib.
Məruzə ətrafında çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçisi Ramiz Hacıyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, universitetin təbiyyat fakültəsinin IV kurs tələbəsi Aytac Tacibzadə ölkədə və rayonda gedən böyük quruculuq işlərindən, həyata keçirilən iqtisadi layihələrdən söz açaraq prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda ölkə başçısı İlham Əliyevə seminar iştirakçıları adından müraciət qəbul edilib.
banner

Oxşar Xəbərlər