LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) "Məzun-2018” il proqramı
çərşivəsində açıq qapı günü və məzun yarmarkası keçirilib. Lənkəran şəhər İcra
Hakimiyyəti ilə birgə təşkil olunan tədbirin əsas məqsədi tələbə-məzunlara
aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək,
işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və
bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən
ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.
Məzun yarmarkasında rayon rəsmiləri, LDU-nun bu ilki və ötənilki məzunları, valideynlər, rayon
məşğulluq idarəsinin və işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak
edib. İştirakçıları LDU-nun rektor vəzifəsini icra edən, riyaziyyat elmləri
doktoru, professor Natiq İbrahimov salamlayıb və iştirakçıları ilk əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
100 illik yubileyi münasibəti ilə
təbrik edib. LDU barədə ətraflı məlumat verən Natiq İbrahimov bu elm ocağında
tədrisin maddi texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxəssislərin
hazırlanması istiqamətində son illərdə görülən işlərdən danışıb. Əmək
yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov
belə tədbirlərin bu il LDU-nu bitirən
360 məzuna iş probleminin həllində dəstək olduğunu , əmək
yarmarkalarının gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol
oynadığını,işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib.
Natiq
İbrahimov universitetdə hazırlanan kadrların peşəkarlığının artırılması məqsədi
ilə bu ildən praktik məşğələlərə geniş yer ayrıldığını, müasir elmi-təcrübi
labaratoriyaların təşkil edildiyini, rayon rəhbərliyi tərəfindən təcrübə
məqsədi ilə universitetə 5 hektar təcrübə sahəsinin ayrıldığını tədbir
iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edib ki, növbəti tədris ilindən
universitetdə daha bir neçə yeni
ixtisasda kadr hazırlığına başlanacaq.
Lənkəran şəhər İcra Hakimiyyəti
başçısının birinci müavini Möhübbət Babayev çıxışında universitetdə
yaranmış təhsil, quruculuq, inkişaf ab-havasından məmnun olduğunu bildirib, bu
ali təhsil ocağının işindəki dönüşə görə rəhbərliyə minnətdarlığını çatdırıb,
məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Tədbirdə çıxış edən digər
natiqlər də açıq qapı günü və məzun yarmarkasının təşklini məzunların
məşğulluyğunun təminatında uğurlu addım kimi dəyərləndirərək təşkilatçılara
minnətdarlıq bildiriblər.
Məzun yarmarkasına Lənkəranla yanaşı , cənub bölgəsində fəaliyyət göstərən 50
dövlət və özəl müəssisə cəmi 250
boş (vakant) iş yeri çıxarıb.
Qeyd edək ki, LDU-da açıq qapı günü may ayının 23-nə kimi davam
edəcək.