LDU beynəlxalq əlaqələrini genişləndirir
Avropanın nüfuzlu ali təhsil ocağı olan Macarıstanın Kapoşvar Universiteti ilə
Lənkəran Dövlət Universiteti (LDU) arasında təhsil sahəsində qarşılıqlı
əməkdaşlığa dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Qeyd edək
ki, imzalanma mərasimi Lənkəran Dövlət
Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda
olmaqla LDU nümayəndə heyətinin Macarıstanın Kapoşvar Universitetinə işgüzar
səfəri zamanı həyata
keçirilib.Müqaviləni hər iki ali təhsil ocağının rəsmiləri imzalayıb.
Dünya təhsilinin müsbət yeniliklərindən qarşılıqlı istifadəni nəzərdə tutan müqaviləyə əsasən, bu ali təhsil ocaqları arasında müəllim-tələbə mübadiləsi həyata keçiriləcək, birlikdə elmi konfranslar təşkil olunacaq, ikili layihələr hazırlanacaq.5 il müddətinə nəzərdə tutulmuş müqavilədə ikili diplomların təsis edilməsi də nəzərdə tutulub.
Səfər çərçivəsində LDU-nun nümayəndə heyəti Karoşvar Universitetinin təlim-tədris bazası, təcrübə sahəsi, elmi kitabxanaları, tədrisin vəziyyəti ilə yaxından tanış olub, tələbə-müəllim heyəti ilə bir sıra görüşlər keçiriblər.Xatırladaq ki, Kapoşvar Universiteti əsasən aqrar istiqamətdə kadrlar hazırlayır və bu ali təhsil ocaqları qarşılıqlı əməkdaşlıq istiqamətində ilk anlaşma memorandiumu 5 mart 2016-cı il tarixdə imzalanıb.