• çərşənbə axşamı, 23 aprel, 18:21
  • Baku Bakı 20°C

“Çölçü” filmi yeni zirvələrdə

04.06.19 17:16 862
“Çölçü” filmi yeni zirvələrdə
Şamil Əliyevin rejissorluq etdiyi "Çölçü” filminin uğurları davam dir. Belə ki, 5 qitədə, 48 beynəlxalq festivalda iştirak edən film rekordunu təzələyib.
Beynəlxalq kino ekspertlərdən ibarət münsiflər «Accolade Global Film Competition 2019» (ABŞ) – «Award of Merit Special Mention» mükafatına layiq görülüb. Bu 24 karat qızıl təbəqə ilə örtülmüş heykəl fiqurdur. Sertifikatla təsdiq olunur.
Bundan əlavə, "Çölçü” iki beynəlxalq kino festivallarının – "Near Nazareth Festival 2019” (İsrail) və "Florence Film Awards 2019” (İtaliya) FİNALINA yüksəlmiş, həmçinin "European Screen Awards 2019” müsabiqə mərhələsindədir. Sertifikatlarla təsdiq olunub.
Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı olan Şamil Əliyevin "Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 48 beynəlxalq kino festivalında iştirak edərək 25-dən çox mükafatlara layiq görülüb. "Çölçü” ümumilikdə bir neçə dəfə "Ən yaxşı bədii film”, "Ən yaxşı rejissor işinə görə”, "Ən yaxşı ssenari”, "Ən yaxşı qadın oyunçu”, "Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, "Humay” milli mükafatına layiq görülüb.
Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.



banner

Oxşar Xəbərlər