• cümə, 29 Mart, 15:01
  • Baku Bakı 14°C

Lavrovu yenə də Yerevandakı ABŞ laboratoriyalarına buraxmadılar

12.11.19 18:33 1771
Lavrovu yenə də Yerevandakı ABŞ laboratoriyalarına buraxmadılar
Ekspertlər Rusiya ilə Ermənistan arasında problemlərin hələ də qaldığı qənaətindədirlər

Rusiya xarici işlər naziri Sergey Lavrovun "məxməri inqilab”dan sonra ilk dəfə Ermənistana səfər etməsi ən müxtəlif prizmadan müzakirə olunmaqdadır. Sözsüz ki, Rusiyanın Ermənistanın indiki rəhbərliyi ilə münasibətlərini "gərgin və sadə olmayan” hesab etmək olar. Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə iki ölkə arasında əməkdaşlığın müttəfiqlik ruhu notalarla əvəzlənməyə başladı. İkitərəfli münasibətlərdə əvvəlki erməni hakimiyyətində təmsil olunan şəxslərin təqib olunması ilə bağlı qalmaqallar səngimir. Xüsusən də Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, keçmiş prezident Robert Koçaryanın həbs olunması ilə dostluq münasibətləri arxa plana keçdi. Özü də Moskva da bunu təkzib etmir. Soyuqluq tək bu məsələ ilə bağlı deyil. Yerevan Rusiya qazının qiymətinin də aşağı salınmasına çalışır. Lakin bu cəhd də uğursuz nəticələndi - ötən il aparılan danışıqlar qazın qiymətinin artırılması ilə nəticələndi. İndi isə ekspertlər bildirir ki, yeni qiymət artımı gözlənilir. Rusiya Dəmir Yollarının Ermənistandakı "törəmə” müəssisəsi, eləcə də, Rusiyanın ORSİS silah şirkəti ilə bağlı da gərginlik qalmaqdadır.
Rusiyanı ciddi şəkildə narahat edən məsələlərdən biri də ABŞ-ın bu ölkədə Pentaqonun pulu ilə yaratdığı biolaboratoriyalardır. Onu da qeyd edək ki, Rusiya XİN rəhbəri Yerevana səfəri ərəfəsində iki ölkə arasında münasibətlərdə problemlərin olub-olmaması ilə bağlı sualdan diplomatikcəsinə yayınmışdı. Bildirmişdi ki, iki ölkə arasında ayrı-ayrı məsələlərdə müəyyən fərqli yanaşmalar ortaya çıxa bilər. Lakin konkret hansı istiqamətlərdə fikir ayrılıqları olduğuna aydınlıq gətirməyib.
S.Lavrovun səfəri zamanı erməni tərəfi əsl riyakarlıq göstərib. Rusiya XİN rəhbərinə ermənilərin faşistlərə qarşı necə mübarizə apardığını əks etdirən sərgi göstərsələr də, nədənsə faşist əlaltısı, daşnak Qaregin Njde məsələsinə toxunulmayıb. Rusiya mediası yazır ki, Lavrovun səfəri zamanı Rusiyanın ABŞ biolaboratoriyalarına buraxılması barədə bəyannamə imzalanmayıb. Buna baxmayaraq, erməni jurnalistləri Rusiya XİN rəhbərindən birbaşa soruşublar – biolaboratoriyalar məsələsi gündəmdən birdəfəlik çıxarılıbmı? Bunun cavabında Lavrov əsəbi şəkildə "əvvəlcə memorandum imzalanmaq və onu yerinə yetirmək gərəkdir. İstənilən məsələni tam şəkildə silmək mümkün deyil” deyib.
Moskva ilə Yerevanın problemli məsələləri birdəfəlik həll etdikləri barədə danışan politoloq Yevgeni Mixaylov "Moskva-Baku” portalına bildirib ki, ümumiyyətlə heç kim deməyib ki, problem yoxdur. "Tamamilə aydındır ki, münasibətlərdə çoxsaylı silkələnmələr və razılaşdırılmamış məsələlər var. Bu, eyni zamanda biolaboratoriyalara aiddir. Rusiya uzun zamandır ki, həmin laboratoriyalara giriş əldə etməyə çalışır. Biz Ermənistanın ikili mövqeyini, onun Qərbə doğru bəyanatlarını bilirik. Eləcə də, Rusiyaya doğru bəyanatlarını görürük. Rusiyanı da ən çox narahat edən Ermənistanın siyasi rəhbərliyinin ardıcıl xarici siyasətinin olmamasıdır. Bir neçə dəfə Yerevan tərəfindən, Paşinyanın yaxınlarından səslənən bəyanatlar ciddi təşviş doğurub. Biz eşidirik ki, faşistləri qəhrəmanlaşdırmaq olmaz. Lakin eyni zamanda biz Qaregin Njde ilə bağlı vəziyyəti bilirik. Ermənistan rəhbərliyi sadəcə öz sözlərinin dalında durmur və oyun oynayır”, - deyə ekspert bildirib.
Rusiyalı ekspertin qənaətincə, Lavrovun səfərinin məqsədi əslində geniş kütləyə hər şeyin gözəl olduğunu nümayiş etdirmək idi - bunun arxasında həm də Yerevana mesaj gizlənir: "Ay uşaqlar, biz hələ ki, sizə inanırıq. İstəmirik ki, sizlər bizim üçün düşmənə çevriləsiniz. Rusiya hələ ki, "yumşaq qüvvə” ilə Yerevanın Qərbə yönəlik münasibətlərini tarazlamağa çalışır. Moskva yüzilliklər boyu müttəfiqi olan Ermənistanın ondan üz döndərməsi ssenarinsə yol verməyəcək. Rusiya münasibətlərin sonunu gördükdən sonra sərt bəyanatlar verəcək. Lakin bu, sözsüz ki, son ssenaridir. Hələ ki, Rusiya özünü böyük qardaş kimi aparır. Ermənistan kiçik ölkədir və tam şəkildə Rusiya maraqlarından asılıdır”.
Ekspert onu da deyib ki, Ermənistan ərazisindəki ABŞ biolaboratoriyasının məqsəd və məramı ciddi qarşılanmalıdır. Maraqlıdır ki, bu sayda laboratoriyalar Ermənistandakı kimi heç yerdə çoxsaylı deyil. "Mənim əldə etdiyim məlumata görə, Ermənistanda ona yaxın belə laboratoriya var. Rusiya və Ermənistan atasında memorandumun imzalanmaması, eləcə də, Ermənistan XİN-in Yerevanın bu laboratoriyalara görə, ABŞ-a minnətdarlıq dolu bəyanatları çoxsaylı suallar doğurur. Ermənistan Birləşmiş Ştatlara təşəkkür edir. Sual doğurur – nəyə görə? Ona görə ki, bu laboratoriyalardan hərdən bir viruslar düşür. Hərdənbir və gözlənilmədən Ermənistanda Sibir xorası və s. bu fonda xəbərlər yayılır. Nəyə görə ABŞ-a təşəkkür edir? Bu əlbəttə təəssüf doğurur. Bir neçə il bundan əvvəl Rusiya alimlərini bu laboratoriyaların bir hissəsinə buraxacaqlarına söz verdilər. Lakin sonra dedilər ki, yox göstərməyəcəyik. Bu isə o deməkdir ki, erməni laboratoriyalarında birmənalı olaraq bioloji təhlükələrə qarşı tədbirlər və vasitələr sınaqdan keçirilir”, - deyə bildirib. Əlavə edib ki, onun əldə etdiyi məlumatlara görə, həmin laboratoriyalarda konkret etnoslara qarşı tətbiq edilən viruslar işlənib hazırlanır - Türkiyə, Şimali Qafqaz və Azərbaycan ərazisi təcrübə üçün nəzərdən keçirilir: "Məhz bu ərazilər, mənim məlumatıma görə, epidemioloji hücumlar üçün yer kimi seçilir. Belə biolaboratoriyaların çoxluğu Yerevana sərf etməyən suallar doğurur. Məhz bu səbəbdən də Ermənistan laboratoriyalara Rusiyanı buraxmır”. Rusiyalı politoloqun qənaətincə, amerikalılar bu gün erməni hakimiyyətinə ciddi təsir etmək hüququna malikdirlər. Bu gün ABŞ tərəfi hər vəchlə erməniləri inandırmağa çalışır ki, rusları bu laboratoriyalara buraxmaq olmaz.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər