• cümə axşamı, 28 mart, 21:11
  • Baku Bakı 13°C

Lavrovla Kerri arasında növbəti görüş sentyabrın 9-da keçirilə bilər

08.09.16 08:54 700
Lavrovla Kerri arasında növbəti görüş sentyabrın 9-da keçirilə bilər
Rusiya xarici işlər naziriSergey Lavrovvə ABŞ dövlət katibiCon KerriarasındaSuriyaböhranı ilə əlaqədar növbəti görüş sentyabrın 9-da keçirilə bilər.

APA-nın məlumatına görə, bu barədə xəbər AP agentliyinə diplomatik mənbələrdən verilib.

Bundan əvvəl ABŞ Dövlət Departamentin nümayəndəsi Mark Toner Cenevrədə Kerri ilə Lavrov arasında görüşün keçirilməsinə dair məlumatları təsdiqləməyib.

Sentyabrın 7-də Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibiCon Kerriarasında telefon danışığı olub. 45 dəqiqə davam edən danışıq zamanı əsas müzakirə mövzusuSuriyamünaqişəsi olub.

Görüşlə əlaqədar məlumat yayan Rusiya XİN-i yaxın günlərdə Cenevrədə Lavrovla Kerri arasında növbəti görüşün baş tutacağını bildirib.
banner

Oxşar Xəbərlər