• cümə axşamı, 25 aprel, 07:40
  • Baku Bakı 14°C

Lavrovdan Qarabağ açıqlaması: “Ağlımıza belə gətirmirik ki...”

08.04.15 09:29 851
Lavrovdan Qarabağ açıqlaması: “Ağlımıza belə gətirmirik ki...”
Bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş olub.
APA-nın verdiyi məlumata görə, mətbuata qapalı keçirilən görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
S. Lavrov görüşdə Dağlıq Qarabağ problemi ilə bağlı da müzakirələr aparıldığını açıqlayıb.
O, Rusiyanın ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq sülh yolu ilə həll olunmasında səylərini bundan sonra da davam etdirəcəyini deyib.
Ermənistan XİN rəhbəri isə Rusiyanın münaqişənin həlli ilə bağlı böyük səylər göstərdiyini bildirib, buna görə təşəkkür edib.
O, həmçinin Ermənistan tərəfinin münaqişənin sülh yolu ilə həllində səylərini davam etdirdiyini açıqlayıb.
Rusiya XİN rəhbəri qeyd edib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin qızğın fazaya keçməyəcəyinə ümid edir: “Biz ağlımıza belə gətirmirik ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar qızğın fazaya keçəcək. Rusiya həmsədr ölkə kimi münaqişənin həlli ilə bağlı səylərini bundan sonra da davam etdirəcək”.
banner

Oxşar Xəbərlər