• cümə, 26 Aprel, 09:18
  • Baku Bakı 12°C

Lavrov, Zərif və Çavuşoğlu keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər

17.12.16 22:12 791
Lavrov, Zərif və Çavuşoğlu keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər
Rusiya XİN rəhbəriSergey Lavrovtürkiyəli və iranlı həmkarları Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zəriflə ilə keçirdiyi telefon danışığı zamanı Suriyanın Hələb şəhərindəki vəziyyəti və yaxın vaxtlarda keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər.
APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.
Danışıqlar zamanı Suriyda dinc əhaliyə humanitar yardımların çatdırılmasında birgə razılaşdırılmış səylərin davam etdirilməsinin və ölkədə hərtərəfli siyasi nizamlanmanın vacibliyi qeyd olunub.
"Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin arasında yaxın zamanda görüşün keçirilməsinə dair razılıq əldə olunub”, - Rusiya XİN-in məlumatında bildirilir.
banner

Oxşar Xəbərlər