• şənbə, 20 Aprel, 13:16
  • Baku Bakı 23°C

Lavrov və Tillerson arasında telefon danışığı olub

11.06.17 12:15 1150
Lavrov və Tillerson arasında telefon danışığı olub
Rusiya XİN rəhbəriSergey Lavrovvə ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı baş tutub.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in saytında dərc edilən məlumatda bildirilir.
Tərəflər telefon danışığı zamanı Qətər ətrafında yaranmış vəziyyətin danışıqlar yolu ilə nizamlanmasının vacibliyini qeyd ediblər və bu cür səyləri dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Tərəflər həmçinin Rusiya-ABŞ münasibətlərinin aktual məsələlərini, o cümlədən, ikitərəfli gələcək səfərlərin qrafikini nəzərdən keçiriblər.
banner

Oxşar Xəbərlər