• cümə, 19 Aprel, 18:11
  • Baku Bakı 24°C

Lavrov və Çavuşoğlu arasında Bakıda görüş keçirilir

14.12.18 11:08 533
Lavrov və Çavuşoğlu arasında Bakıda görüş keçirilir
Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş keçirilir. Trend-in məlumatına görə, görüş Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində baş tutur.
Nazirlər danışıqları bağlı qapı arxasında davam etməyə qərar veriblər.
Görüş çərçivəsində nazirlərin ikitərəfli münasibətləri və regionla bağlı digər mühüm məsələləri müzakirə edəcəckləri gözlənilir.
Qeyd edək ki, bu gün Azərbaycanın sədrliyi çərçivəsində Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası işə başlayıb.
İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.
banner

Oxşar Xəbərlər