• cümə axşamı, 25 aprel, 15:43
  • Baku Bakı 23°C

Lavrov və ATƏT sədri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

01.02.18 11:40 842
Lavrov və ATƏT sədri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Bu gün Rusiyanın xarici işlər naziriSergey Lavrovvə İtaliyanın xarici işlər naziri,ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfano arasında görüş keçiriləcək.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər görüşdə Ukraynanın şərqindəvə Qafqazda mövcud vəziyyət, Cənubi Qafqazda təhlükəsizlik məsələləri üzrə Cenevrə müzakirələrində irəliləyişlər, eləcə də Rusiya-İtaliya münasibətlərini müzakirə edəcəklər.
RusiyaXarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanıATƏT-in 2018-ci ilə dair fəaliyyət planı əsas müzakirə mövzusu olacaq.
Diplomatların Dnestryanı vəDağlıq Qarabağmünaqişələrinidə müzakirə edəcəyi bildirilir.
banner

Oxşar Xəbərlər