• cümə, 29 Mart, 14:56
  • Baku Bakı 14°C

Lavrov və ATƏT-in baş katibi Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb

24.04.19 19:38 410
Lavrov və ATƏT-in baş katibi Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Tomas Qreminger Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in rolu barədə fikir mübadiləsi aparıb.
Trend bu barədə Rusiya XİN-ə istinadən məlumat verir.
Qeyd olunur ki, tərəflər T.Qremingerin 8-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak üçün Moskvaya səfəri çərçivəsində görüşüb:
"Danışıqlar zamanı ATƏT-in Avro-Atlantika regionunda etimadın yüksəldilməsi və hərbi-siyasi vəziyyətin deeskalasiyası işində artan rolu vurğulanıb. Təşkilatın terrorçuluqla, narkotiklərin qanunsuz dövriyyəsi və kibercinayətkarlıqla mübarizədə potensialının artırılmasının vacibliyi təsdiq edilib”.
banner

Oxşar Xəbərlər