AZE | RUS | ENG |

Lavrov: “Türkiyənin S-400-lərin tez göndərilməsi ilə bağlı xahişinə müsbət baxırıq”

Lavrov: “Türkiyənin S-400-lərin tez göndərilməsi ilə bağlı xahişinə müsbət baxırıq”
"Türkiyənin S-400-lərin tez bir zamanda göndərilməsi ilə bağlı xahişinə biz müsbət reaksiya veririk”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkar Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
 
"Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına hazırlığı, iqtisadi münasibətləri müzakirə etdik. "Türk axını” və Akkuyu Atom Elektrik Stansiyası kimi layihələrin önəmini bir daha təsdiqlədik. S-400 zenit-raket kompleksinin Türkiyəyə satışına dair sazişin reallaşdırılmasını müzakirə etdik. Bu barədə mütəxəssislər danışıqlar aparır. Türkiyənin S-400-lərin göndərilməsinə dair xahişinə biz müsbət reaksiya veririk. Rusiya və Türkiyədə qarşılıqlı olaraq 2019-cu ilin turizm ili elan edilməsini razılaşdırdıq. Ötən il Rusiyadan Türkiyəyə rekord sayda turist gedib. Biz Türkiyəyə gələn turistlərin sayına görə Almaniyanı qabaqlamışıq”. 
 
Rusiya XİN başçısı türkiyəli həmkarı ilə gündəmdə olan beynəlxalq məsələləri müzakirə etdiklərini də söyləyib: "Hər şeydən öncə Suriyamünaqişəsinin siyasi yolla həll edilməsi ilə bağlı müzakirələr apardıq”.
 
S. Lavrov Cənubi Qafqazda, Mərkəzi Asiyada, Ukraynadakı problemlərlə bağlı fikir mübadiləsi apardığını da söyləyib. 
 
M. Çavuşoğlu isə Rusiya ilə Türkiyə arasında olan birtərəfli viza rejiminin ölkələr arasında iqtisadi münasibətlərin inkişafına maneə törətdiyini vurğulayıb: "Qara dənizdə və digər regionlarda Rusiya ilə sıx əməkdaşlıq edirik. Bir sıra məsələlərdə fikir ayrılıqları olmasına baxmayaraq, Rusiya ilə dialoq davam edir. O ki qaldı S-400-lərin Türkiyəyə göndərilməsi məsələsinə, bunların tez göndərilməsi hər iki ölkənin maraqlarına uyğundur”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2354
TRY 1 Türk lirəsi 0.2664
KWD 1 Küveyt dinarı 5.6142
SEK 1 İsveç kronu 0.1909
EUR 1 Avro 1.9848
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7000