• cümə, 29 Mart, 00:39
  • Baku Bakı 7°C

Lavrov Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda ATƏT-in fəallaşacağına ümid edir

05.02.17 17:26 844
Lavrov Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda ATƏT-in fəallaşacağına ümid edir
Rusiyanın xarici işlər naziriSergey LavrovATƏT-in bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinə kömək edəcəyinə ümid bəsləyir.
APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziriSergey LavrovAvstriyanın "Profil” jurnalına müsahibəsində bildirib.
S. Lavrov deyib ki,ATƏTbundan sonra da Dnestryanıda, habelə Dağlıq Qarabağda vəziyyətin nizama salınmasına dair danışıqlar prosesində fəal iştirak edəcəyinə ümid edir: "Bu, ötən il Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda xüsusilə vacibdir. Biz Cənubi Qafqazla bağlı Cenevrə müzakirələrinin konstruktiv şəkildə davam edəcəyinə də ümid bəsləyirik”.
S. Lavrov vurğulayıb ki, Rusiya öz tərəfindən qarşıya qoyulan vəzifələrin uğurlu həllinə kömək edəcək.
banner

Oxşar Xəbərlər