• cümə axşamı, 28 mart, 16:33
  • Baku Bakı 16°C

Lavrov Paşinyanın fikirlərinə münasibət bildirib

07.06.18 14:30 493
Lavrov Paşinyanın fikirlərinə münasibət bildirib
"RusiyanınDağlıq Qarabağmünaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe münaqişənin Minsk qrupu vasitəsi ilə danışıqlar yolu ilə həllindən ibarətdir. Bu, ən optimal variantdır.
O ki qaldı Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsinə,Dağlıq Qarabağhansısa mərhələdə danışıqlarda tərəf kimi iştirak edib. Daha sonra Azərbaycan və Ermənistanın razılığı ilə danışıqlar iki tərəf arasında aparılıb".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziriSergey Lavroverməni həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
"Rusiyalı həmsədr heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Əgər Azərbaycan və Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı razılığa gəlsə, biz bunu alqışlayarıq", - deyə Lavrov qeyd edib.
banner

Oxşar Xəbərlər