• cümə, 19 Aprel, 21:55
  • Baku Bakı 24°C

Lavrov "Normand dördlüyü”nün görüşünü faydalı adlandırıb

12.06.18 10:15 529
Lavrov "Normand dördlüyü”nün görüşünü faydalı adlandırıb
Ukraynada münaqişənin nizamlanması üzrə "Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin görüşündə siyasi islahatlar və iqtisadi məsələlər müzakirə olunub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziriSergey LavrovBerlində keçirilmiş görüşün nəticələrinişərh edərkən deyib.
"Əlbəttə ki, Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlı bütün problemləri həll edə bilmədik. Bununla belə, düşünürəm ki görüş çox faydalı oldu", deyə S.Lavrov bildirib.
Onun sözlərinə görə, tərəflər təhlükəsizlik, siyasi islahatlar, iqtisadiyyat, humanitar problemlər sahəsində vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, Almaniyanın paytaxtında "Normand dördlüyü" xarici işlər nazirlərinin görüşü keçirilib. Nazirlər Ukraynada münaqişənin nizamlanma yollarını müzakirə ediblər.
banner

Oxşar Xəbərlər