• cümə, 29 Mart, 12:33
  • Baku Bakı 14°C

Lavrov: “İran üzrə razılaşma BMT TŞ-da təsdiqlənib, onu dəyişmək olmaz”

22.09.17 23:00 945
Lavrov: “İran üzrə razılaşma BMT TŞ-da təsdiqlənib, onu dəyişmək olmaz”
İranın nüvə proqramına dair razılaşmanıBMTTəhlükəsizlik Şurası təsdiqləyib, onu dəyişmək olmaz”.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziriSergey Lavrovbəyan edib.
"Yalnız Rusiya yox, danışıqlarda iştirak etmiş bütün Avropa ölkələri,BMT-yə üzv əksər dövlətlər proqramı pozmamağa çağırıb. Bu proqram tamamlanmış şəkildədir vəBMTTəhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənib. Ona yenidən baxmaq bütün nailiyyətlərə xətt çəkmək deməkdir”, deyə S.Lavrov bildirib.
Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı hər hansı iradları uyğunlaşdırılmış formatlar vasitəsi ilə həll edilməlidir.
ABŞ prezidenti Donald Tramp BMTBaş Assambleyasındakı çıxışı zamanı İranın nüvə proqramına dair razılaşmanı kəskin tənqid edib. Qeyd edək ki, İran və "altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb.BMTTŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.
banner

Oxşar Xəbərlər