• cümə, 29 Mart, 11:46
  • Baku Bakı 5°C

Lavrov: “Ermənistanla Türkiyə danışıqlara başlayanda, Rusiya kömək etməyə hazırdır”

16.03.17 15:30 542
Lavrov: “Ermənistanla Türkiyə danışıqlara başlayanda, Rusiya kömək etməyə hazırdır”
"Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər".APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Ermənistanın "Regional Post – Caucasus” jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziriSergey Lavrovbildirib.
"Əlbəttə ki, biz Avrasiya İqtisadi Birliyinin sərhədinin Ermənistan-Türkiyə hissəsinin insanların, malların və xidmətlərin azad hərəkəti üçün açılmasını alqışlayarıq. Bu şübhəsiz ki, ümumilikdə regionun xeyrinə olacaq”, - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, Moskva Ermənistan-Türkiyə danışıqlarına yardım etməyə hazırdır: "Rusiya Ermənistan-Türkiyə münasibətlərinin bərpasına 2007-2009-cu illərdə aktiv mərhələdə vacib rol oynayıb. Sonra bu normallaşma prosesi dayandı. Lakin tərəflərin razılığa gəlmək, ciddi və məsuliyyətli qərar qəbul etmək bacarığı nümayiş etdirmələri vacibdir. Əminik ki, Ermənistan və Türkiyə mövcud problemləri həll etməyə qadirdir. Bununla yanaşı çox şey onların özlərindən asılıdır. Belə ki, siyasətçilərin keyfiyyəti təkcə onların obyektiv çətinlikləri real analiz etmələri ilə deyil, həm də optimist olmaları və öz vətəndaşlarının istəklərini reallaşdırmaq qabiliyyəti ilə müəyyən olunur. İrəvan və Ankara danışıqlar masasına əyləşən zaman Rusiya onlara ən aktiv yardımı etməyə hazır olacaq".
banner

Oxşar Xəbərlər