• cümə axşamı, 18 aprel, 21:52
  • Baku Bakı 21°C

Lavrov Bakıya səfərində nələri müzakirə edəcək?

14.11.17 16:32 1100
Lavrov Bakıya səfərində nələri müzakirə edəcək?
"Gələn həftənin əvvəlində İrəvan və Bakıya səfər etməyi düşünürəm”.

APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziriSergey LavrovTASS-a açıqlamasında deyib.

O bildirib ki, gündəliyə hər iki ölkə ilə ayrılıqda ikitərəfli əlaqələrin müzakirəsi daxildir: "Həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərin hansı səviyyədə olduğunu müzakirə edəcəyik”.

Xatırladaq ki, S. Lavrov noyabrın 20-də Bakıya səfər edəcək.

--------
13:45

Noyabrın 20-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Bu barədə Xarici İşlər Nazirliyinin (XIN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Eyni zamanda bildirilir ki, xarici işlər naziri Elmar Məmmədyarov 16 noyabr tarixində Moskvaya işgüzar səfər edəcək. H.Hacıyevin bildirdiyinə görə, səfər əsnasında Moskva şəhərində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər