AZE | RUS | ENG |

Lavrov: Bakının bəyanatına Ermənistanın qarşılıq verəcəyinə ümid edirik

Lavrov: Bakının bəyanatına Ermənistanın qarşılıq verəcəyinə ümid edirik
Dağlıq Qarabağ münaqişəsi Yerevan və Bakının iradəsi ilə və ATƏT-in Minsk qrupu həmsədrlərinin timsalında beynəlxalq ictimaiyyətin dəstəyi ilə tamamilə həll oluna bilər.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

S.Lavrov bildirib: "Ötən il Ermənistanda rəhbərliyin dəyişdiyi il oldu. Ona görə də, Dağlıq Qarabağ nizamlanması ilə bağlı ATƏT Minsk qrupunun işinə verdiyimiz töhfə ilə əlaqədar onlar yalnız tanışlıq məqsədli görüşlərlə kifayətləndilər. Bu ay Ermənistan və Azərbaycan XİN rəhbərlərinin həmsədrlərlə növbəti görüşü planlaşdırılır. Fikrimcə, bu istiqamətdə də artıq köhnəlmiş xüsusiyyətləri alan, amma Yerevan və Bakının xoş məramlarının olduğu təqdirdə və həmsədrlər qismində beynəlxalq ictimaiyyətin dəstəyi ilə həll oluna biləcək münaqişənin nizamlanmasına kömək göstərə biləcəyik. Fikirləşirəm ki, həll yollarının axtarışına hazırlıqla bağlı səslənmiş bəyanatlar, o cümlədən Bakıdan verilmiş bəyanatlar hər cür dəstəyə layiqdir və ümid edirik ki, erməni dostlarımız buna qarşılıqlı cavab verəcək”.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202