• çərşənbə, 24 Aprel, 05:10
  • Baku Bakı 14°C

Lavrov: "ABŞ İranla nüvə razılaşmasını pozmaq istəyir"

15.01.18 12:30 479
Lavrov: "ABŞ İranla nüvə razılaşmasını pozmaq istəyir"
"Rəsmi Vaşinqtonun İranla nüvə razılaşması ilə bağlı son bəyanatı optimizm və sabitliyi gücləndirmir".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziriSergey Lavrov2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, xarici siyasətin inkişafı nöqteyi-nəzərindən ötən il çətin keçib, dünyanın müxtəlif nöqtələrində çoxsaylı gərginlik ocaqları olub. Nazir qeyd edib ki, 2017-ci ilin son ayları Vaşinqtondan səslənən bəyanatlar üzündən kəskinləşib: "Son bəyanatlar İranın nüvə proqramı ilə bağlı razılaşmanın pozulmasına yönəlib. Bu optimizm və sabitliyi artırmayıb”.
banner

Oxşar Xəbərlər