• cümə axşamı, 28 mart, 22:41
  • Baku Bakı 13°C

Latviyaya iş və təhsil üçün gələnlərin statistikası açıqlanıb

01.10.18 10:30 400
Latviyaya iş və təhsil üçün gələnlərin statistikası açıqlanıb
Latviyanın miqrantlar üçün məlumat mərkəzi son bir neçə ildə bu ölkəyə müxtəlif məqsədlər üçün gəlmiş insanların statistikasını açıqlayıb.
Bildirilib ki, bu ölkəyə təhsil və iş ilə bağlı müraciət edənlərin böyük əksəriyyətini Hindistan, Ukrayna və Rusiyadan gələnlər təşkil edir. Məlumat mərkəzinə isə əsasən təhsil qaydaları, şəxsi biznesin açılması və oturum izni ilə bağlı müraciət edilir.
Təhsil və şəxsi biznes ilə bağlı müraciət edənlərin siyahısına nəzər salsaq ilk onluqda Azərbaycanın da adı var. Onluqdakı digər ölkələrə Çin, Pakistan, Türkiyə və s. daxildir. 2016-cı ildən bu günədək müraciət edənlərin sayı 3 mini keçib.
60 əməkdaşın çalışdığı mərkəz miqrantlara lazım olan sənədlərin toplanması və tərcüməsi istiqamətində ödənişsiz xidmət göstərir.
banner

Oxşar Xəbərlər