• çərşənbə axşamı, 23 aprel, 11:57
  • Baku Bakı 20°C

Latviyanın Nazirlər Kabineti çadranın geyilməsinə qadağa haqqında qanun layihəsini dəstəkləyib

22.08.17 22:16 934
Latviyanın Nazirlər Kabineti çadranın geyilməsinə qadağa haqqında qanun layihəsini dəstəkləyib
LatviyanınNazirlər Kabinetiqadınların ictimai yerlərdə üzünü tamamilə örtən geyimdə gəzməsinə qadağa qoyan qanun layihəsini dəstəkləyib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ədliyyə Nazirliyinin hazırladığı sənədə əsasən, motosikletçilər üçün kaska, xidməti öhdəliklərin yerinə yetirilməsi zamanı, idmanda, bədii və mədəniyyət tədbirlərində iştirak etmək üçün istifadə olunan baş örtükləri, habeləhavaşəraiti və ya səhhətlə əlaqədar geyilən baş örtüklərinə qadağa şamil edilmir.

Lakin qanun layihəsi qadınların məbədlərdə və dini fəaliyyətin keçirildiyi hər-hansı məkanlarda üzlərini tamamilə örtən geyimlərdən istifadəsini qadağa etmir.

Nazirlər Kabinetiqeyd edir ki, qanun layihəsi cəmiyyət üzvləri arasında açıq ünsiyyət qurmaq məqsədi ilə qəbul olunub. "Qanun layihəsi cəmiyyət üzvləri arasında birlik və harmonikliyin yaradılması məqsədini güdür”, - deyə hökumətdə bildirilir.

Qanun layihəsi təsdiqlənməsi üçün Seymə təqdim edilib.
banner

Oxşar Xəbərlər