• şənbə, 20 Aprel, 17:44
  • Baku Bakı 23°C

Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adı açıqlanıb

16.08.19 14:00 1056
Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adı açıqlanıb
Latviya hökuməti Azərbaycan, Niderland və NATO-dakı yeni səfirlərinin adlarını açıqlayıb.
AZƏRTACxəbər verir ki, Latviyanın ölkəmizdəki yeni səfiri Daynis Qarançs olacaq. O, bu postda 2015-ci ildən bəri fəaliyyət göstərən Yuri Maklakovsu əvəz edəcək.
Daynis Qarançs indiyədək Ukrayna, Özbəkistan, Polşa, Qazaxstan və İsveçdə ölkəsini təmsil edib.
Latviyanın Niderlanddakı səfiri isə Ayqa Liepinya, NATO-dakı daimi nümayəndəsi Edqars Skuya olacaq. Hər üç diplomata Latviya Prezidentinin etimadnaməsi təqdim olunub.

banner

Oxşar Xəbərlər