• cümə axşamı, 28 mart, 13:52
  • Baku Bakı 16°C

Latviyalı şahmatçı turnirdən uzaqlaşdırılıb

14.07.19 17:00 14272
Latviyalı şahmatçı turnirdən uzaqlaşdırılıb
Beynəlxalq Şahmat Federasiyası latviyalı şahmatçı İqor Rausisi oyunlar zamanı telefondan istifadə etdiyi üçün turnirdən uzaqlaşdırıb.
AZƏRTACxəbər verir ki, federasiya tərəfindən sübutlar toplanılaraq Etika komitəsinə göndərilib. 58 yaşlı qrossmeyster uzun illərdir ki, müxtəlif beynəlxalq yarışlarda Latviya, Banqladeş və Çexiyanı təmsil edir.
FIDE-nin baş direktoru Emil Sutovski şəxsi Facebook səhifəsində yazıb ki, İqor Rausisin oyun zamanı hərəkətləri uzun müddətdir şübhə doğururdu. Bu qərar şahmat yarışlarında yaşanan və yaşana biləcək fırıldaqçılıqla mübarizədə ilk addım olub.
banner

Oxşar Xəbərlər