AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Latviyada koronavirusa yoluxanların sayı artıb

Latviyada koronavirusa yoluxanların sayı artıb

Təfsilat
29 Mart 2020, 10:30 490
Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 25 nəfər artaraq 305-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 12 min 748 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1046 nəfərin analizinin 25-nin nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, ölkədə bu günədək koronavirusdan ölüm faktı qeydə alınmayıb.