• cümə, 29 Mart, 03:24
  • Baku Bakı 7°C

Latviya qeyri-vətəndaşların doğulacaq uşaqlarına vətəndaşlıq verməyi planlaşdırır

19.09.19 14:30 525
Latviya qeyri-vətəndaşların doğulacaq uşaqlarına vətəndaşlıq verməyi planlaşdırır
Latviya Seymi burada yaşayan qeyri-vətəndaşların 2020-ci ildən sonra doğulacaq övladlarına vətəndaşlıq verməyi planlaşdırır.
AZƏRTACxəbər verir ki, sözügedən qanun layihəsi Seymin 13-cü çağırışı tərəfindən müsbət qarşılanıb və ikinci oxunuşa təqdim olunub. Qanun layihəsində qeyd olunur ki, yeni doğulacaq körpənin valideynləri başqa ölkəyə vətəndaşlıq üçün müraciət etmədikləri halda, uşaq avtomatik olaraq Latviya vətəndaşlığı alacaq.
Bu təklifi eks-prezident Raymond Veyonis səlahiyyət müddətinin başa çatmasına az qaldığı bir vaxtda irəli sürmüşdü. Lakin seymin 12-ci çağırışı məsələyə soyuq yanaşmışdı. Hazırki hökumət isə ölkədə qeyri-vətəndaşların sayının artmamasının tərəfdarıdır və onlara bütün hüquqların verilməsini istəyir.
Qeyd edək ki, hazırda Latviyada təxminən 500-dək Azərbaycan vətəndaşı daimi yaşamaqdadır.
banner

Oxşar Xəbərlər