• şənbə, 20 Aprel, 07:28
  • Baku Bakı 14°C

Latviya prezidenti azərbaycanlı həmkarını təbrik edib

14.04.18 17:30 667
Latviya prezidenti azərbaycanlı həmkarını təbrik edib
Latviya Respublikasının prezidenti Raymonds Veyonis Azərbaycan Respublikasının prezidentiİlham Əliyevə təbrik məktubu göndərib.
APA-nın xəbərinə görə, məktubda deyilir:
"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi Latviya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin son illərdə sürətlə inkişaf etməsindən olduqca məmnunam. Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan ilə Latviya arasındakı əməkdaşlığın bundan sonra daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu bir daha bəyan edirəm. Zati-aliləri, icazə verin, Sizə ən dərin ehtiramımı və ən xoş arzularımı bildirim”.
banner

Oxşar Xəbərlər