AZE | RUS | ENG |

Latviya parlamentinə spiker seçilib

Latviya parlamentinə spiker seçilib
13-cü çağırış Latviya Seyminin deputatları "Birlik” fraksiyasının nümayəndəsi İnara Murnietseni parlamentin spikeri seçiblər.

AZƏRTAC xəbər verir ki, parlamentin 100 nəfər deputatından 44-ü İnara Murnietsenin namizədliyini dəstəkləyib. Səsvermədə 77 parlament üzvü iştirak edib. Bu ərəfədə "Həmrəylik” fraksiyasının lideri Yanis Urbanoviç bildirmişdi ki, onun partiya yoldaşları spiker seçkisində iştirak etməyəcəklər.

İnara Murnietsenin 48 yaşı var. Öz karyerasına "Lauki avize” ("Kənd qəzeti”) nəşrində jurnalist kimi başlayan deputat 12-ci çağırış Latviya Seyminə başçılıq etmişdi.

Qeyd edək ki, 13-cü çağırış Latviya Seyminin vitse-spikeri vəzifəsinə Yeni Mühafizəkar Partiyasının nümayəndəsi Daqmara Beytnere-Le Qall seçilib. Onun namizədliyinə deputatların 65-i səs verib. Digər namizəd Qundar Daudzeni isə parlamentin 34 üzvü dəstəkləyib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN