• şənbə, 27 Aprel, 02:27
  • Baku Bakı 14°C

"Lassa" qızdırması ilə bağlı XƏBƏRDARLIQ!

21.02.19 10:30 433
"Lassa" qızdırması ilə bağlı XƏBƏRDARLIQ!
Rusiya Nigeriyada "Lassa" qızdırmasının yayılması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu ölkəyə səfər edənlərə diqqətli olmaq çağırışı edilib.
Belə ki, 2018-ci il avqust ayından 2019-cu il fevralın 3-ə qədər olan müddətdə ölkənin 19 ştatında 731 "Lassa"ya yoluxma faktı qeydə alınıb. Həmin hallardan 57 nəfər ölüb.
Qeyd edək ki, yüksək qızdırma ilə müşayiət olunan "Lassa" qızdırması nəfəs orqanlarının tıxanması, mərkəzi sinir sisteminin zədələnməsi, eləcə də böyrəklərin sıradan çıxması ilə ölümə səbəb ola bilir.
Xəstəliyin infeksiya yayıcısı isə Afrikasıçovulları hesab olunur.
banner

Oxşar Xəbərlər